21 
İyn
2018
20:20
13
230
2466
Virtual karabakh

Zərdabda ağır yol qəzası: ölən və yaralılar var

21 İyn, 2018
20:20
2466

Zərdabda ağır yol qəzası: ölən və yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Daewoo Nexia” markalı minik avtomobilləri toqquşub.

Nəticədə “Daewoo Nexia”nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.  

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri