22 
İyn
2018
09:02
13
247
3736
Virtual karabakh

Pambıq tarlasında zəhərlənmə olmayıb - AÇIQLAMA

22 İyn, 2018
09:02
3736

Pambıq tarlasında zəhərlənmə olmayıb - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə pambıq tarlasında zəhərlənmə olmayıb.

Bunu Oxu.Az-a açıqlamasında Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva deyib.

“İnsanlar arasında lazımsız panika yaranıb. Ancaq heç bir zəhərlənmə olmayıb. Sadəcə, üç nəfər günvurma ilə bağlı müraciət edib. Digər işçilər də bundan narahat olub, yoxlanışa gəliblər”.

Baş həkimin sözlərinə görə, zəhərlənmənin öz əlamətləri olur. 

“Xəstəxanaya gətirilən insanlarda baş gicəllənməsi olub. Bu da zəhərlənmənin yox, günvurmanın əlamətidir. Hər yazılan, danışılan sözdən panikaya düşmək lazım deyil”,- deyə həkim qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri