23 
İyn
2018
14:55
32
153
2672
Virtual karabakh

Tbilisi-Bakı təyyarə reysi gecikir - FOTO

23 İyn, 2018
14:55
2672

Tbilisi-Bakı təyyarə reysi gecikir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Tbilisidən Bakıya gəlməli olan təyyarə reysi gecikir.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Airways”in “J2 9224” reysi yerli vaxtla 11:50-də həyata keçirilməli olsa da, təyyarə hələ də Bakıya çatmayıb. 

Amma hava limanında gözləyən insanlara bunun səbəbi barədə heç bir məlumat verilməyib. 

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski  açıqlamasında bildirib ki, təyyarə biletlərin qeydiyyatı sahəsində yaranan ümumi problemlərə görə yubanır:

“Problem AZAL-la bağlı deyil, çünki, bu, ümumi məsələdir. Problemin aradan qalxması üçün lazımi addımlar atılır. Uçuşun təxirə salınması planlaşdırılmır. Lakin uçuşun nə zaman bərpa olunacağı barədə dəqiq məlumat deyə bilmərəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri