27 
İyn
2018
17:26
98
54
7901
Virtual karabakh

Azərbaycanda yeni sürücülük vəsiqələri tətbiq edilir

27 İyn, 2018
17:26
7901

Azərbaycanda yeni sürücülük vəsiqələri tətbiq edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, Fərmana əsasən, Azərbaycanda nəqliyyat vasitələrini idarə etmək hüququ ilə bağlı dəyişikliklər qüvvəyə minib.

Belə ki, yeniliklərə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;

2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;

3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;

4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);

5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);

7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);

8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə)”.

Sənədə əsasən, hərbi hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər.

Qeyd olunur ki, yeni “B1” kateqoriyası kvadrisiklləri idarə etmək hüququ verir. Digər kateqoriyalar üzrə yeniliklər belədir:  

“C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

“D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

“C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

“D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;”;

Qeyd olunur ki, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir.

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri