29 
İyn
2018
13:14
134
24
2106
Virtual karabakh

İstirahət mərkəzlərində monitorinq keçiriləcək

29 İyn, 2018
13:14
2106

İstirahət mərkəzlərində monitorinq keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin turizm zonalarında Turizm Agentliyi ilə birlikdə qida təhlükəsizliyi üzrə dövlət nəzarəti həyata keçiriləcək.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son zamanlar ölkəyə çoxlu sayda turistlər gəlir və mövsümi xarakter daşıyan istirahət zonalarında insanlar kütləvi şəkildə qidalanır.

“Gələn aydan başlayaraq Turizm Agentliyinin əməkdaşları ilə birlikdə həmin iaşə obyektlərində monitorinq və audit tədbirləri aparılacaq”.

Bundan başqa, agentlik məktəbəqədər təhsil müəssisələrində, orta və ali təhsil müəssisələrində qidalanma rasionlarına nəzarəti həyata keçirəcək: 

“Uşaqların qida təhlükəsizliyi çox önəmlidir. Yaxın zamanlarda Təhsil Nazirliyinə bununla bağlı bildirişlər təqdim ediləcək. Daha sonradan həmin müəssisələr üzərində nəzarət həyata keçiriləcək”.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri