16 
İyl
2018
12:20
463
326
5937
Virtual karabakh

Deputat: Yaşı 14-dən az olan qızlar hicab geyinməməlidir

16 İyl, 2018
12:20
5937

Deputat: Yaşı 14-dən az olan qızlar hicab geyinməməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan müstəqil olana qədər ənənəvi islam var idi. Biz artıq müstəqil dövlətik və dinə yanaşmamız tam fərqli olmalıdır. 

Oxu.Az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa “Media: dini radikalizmlə mübarizə” adlı konfransda çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, dövlətin dinə yanaşması dəyişməlidir: 

“Dini əhaliyə tanıtmalıyıq. Yaşı 14-dən az olan qızların hicab geyinməyinə yol vermək olmaz. Azərbaycanın tanıdığı bir neçə hicab forması olmalıdır. Ölkəyə gələn turist özünün istədiyi hicab formasını geyinə bilər. Lakin  vətəndaşlar üçün bir qayda olmalıdır. Türkiyə, İran və Ərəb ölkələrində geyinilən, insanlarda xof yaradan hicab formasının ölkəmizdə geyinilməsinə icazə verilməməlidir. Cəhalətə yol veriləcək məqamlardan əhalini uzaqlaşdırmalıyıq”.

Fazil Mustafa qeyd edib ki, dövlət ibadət yerlərini təmin etməməlidir:

“Dövlət ziyarət yerlərini niyə təmin etməlidir? Dövlət məktəb açmalı, təhsil verməlidir. Hansısa bir cəhalətə aparan yerləri təmin edirik və deyirik ki, gedin ora dindən kənar öz ayinlərinizi edin. Sonra da deyirik ki, cəhalət ölkəni bürüyüb. Cəhalət bütün bunlara görə olur. Biz cəmiyyətə doğru din anlayışını izah etməliyik. Ramazan ayı boyunca Azərbaycan televiziyaların heç birində maarifləndirici veriliş yayımlanmadı. Sonra da deyirik, nə üçün Türkiyə, İranın təsiri altına düşürük.

Yerli din adamlarını efirə çıxarmaq lazımdır ki, onlar İslamı izah etsinlər. Haradakı zorakılığı təbliğ edən dini ayinlərlə bağlı təkcə dövlət inzibati qaydalarla mübarizə apara bilməz, cəmiyyət mübarizə aparmalıdır. Bir şəhərimizdə baş verən hadisə ölkənin iqtisadi imkanına nə qədər zərər vurduğunu müşahidə etdik. Səmimi şəkildə dindarlarla dialoqa getmək lazımdır. Xarici din adamlarından alınan mesajlar ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdiddir”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri