17 
İyl
2018
13:10
28
823
12655
Virtual karabakh

Bakıda qolu sarğılı qadın küçə süpürür - FOTO + YENİLƏNİB

17 İyl, 2018
13:10
12655

Bakıda qolu sarğılı qadın küçə süpürür - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində küçə süpürən qolu sarğılı qadının evi yoxdur.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkədə görüntüsü yayılan qadının əli əzildiyi üçün sarğı ilə bağlayıb.

Hazırda o, inventarların yığıldığı otaqda yaşayır. 

Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən dəfələrlə bu vəziyyətdə işləməyin mümkün olmadığı bildirilsə də, qadın işləmək istədiyini deyir. 

11:10

Bakının mərkəzində qolu sarıqlı qadın küçə süpürür.

Oxu.Az-ın məlumatına görə, “Facebook” sosial şəbəkəsində Pərviz Bağırov adlı şəxs əli sarğılı qadının küçə süpürməsini əks etdirən fotonu paylaşıb.

O qeyd edib ki, foto Nizami küçəsində çəkilib. Foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Səbail rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır. 

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri