18 
İyl
2018
12:48
24
394
9430
Virtual karabakh

Bakıda qadını yumruqla vuraraq öldürdülər

18 İyl, 2018
12:48
9430

Bakıda qadını yumruqla vuraraq öldürdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyulun 17-də, saat 08:00 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Araşdırmalarla həmin gün saat 06:00 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri