18 
İyl
2018
13:05
17
278
10357
Virtual karabakh

Avtobusla minik maşını toqquşdu: Ölən var

18 İyl, 2018
13:05
10357

Avtobusla minik maşını toqquşdu: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən yol qəzası barədə məlumat yayıb.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonunun Günəşli kəndində “Nissan” markalı avtomobil və “Hyundai” markalı sərnişin avtobusu toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri