18 
İyl
2018
21:31
25
339
5448
Virtual karabakh

Bakı sakini Ucarda yol qəzasında öldü

18 İyl, 2018
21:31
5448

Bakı sakini Ucarda yol qəzasında öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axsam saatlarında Ucarda iki yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hər iki hadisə Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prado” markalı minik maşınının yol kənarındakı arakəsməyə çırpılaraq aşması nəticəsində Bakı şəhər sakini Akif  Dərgahov hadisə yerində ölüb. Onun 2005-ci il təvəllüdlü oğlu Dərgah Akif oğlu Dərgahov müxtəlif  xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib.

İkinci hadisədə isə “Mercedes” və "İsuzi" markalı maşınlar toqquşub.  Nəticədə Zərdab rayon sakini, 1987- ci il təvəllüdlü Toğrul İldırım oğlu Vəliyev xəstəxanaya yerləşdirilib.

Hər iki hadisə ilə bağlı  araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri