19 
İyl
2018
00:38
362
78
5155
Virtual karabakh

Yeni açılan polipropilen zavodunda yüzlərlə iş yeri yaradılacaq - VİDEO

19 İyl, 2018
00:38
5155

Yeni açılan polipropilen zavodunda yüzlərlə iş yeri yaradılacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı zamanı çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib ki, zavodda 500-dən çox yeni iş yeri yaradılacaq.

Oxu.Az-ın verdiyi xəbərə görə, dövlət başçısı bildirib ki, iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsəd məhz bundan ibarətdir:

“Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük. Ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir. 

Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaqdır. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapmışdır. 

Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaqdır. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. 

Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri