19 
İyl
2018
11:35
54
113
3828
Virtual karabakh

Vüsal Hüseynov: Qanunsuz əmək fəaliyyətinə nəzarət gücləndiriləcək

19 İyl, 2018
11:35
3828

Vüsal Hüseynov: Qanunsuz əmək fəaliyyətinə nəzarət gücləndiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İş icazələri ilə bağlı növbəti elektron xidmət üzərində işləyirik.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Miqarsiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

“Bu xidmət ölkəyə gəlişə və ölkədən gedişə məhdudiyyəti yoxlamağa imkan verən sistemdir”, - deyən V.Hüseynov qeyd edib ki, iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması yönündə ilkin müzakirələr aparılıb.

Hazırda Məşvərət Şurasının fəaliyyətinin tənzimlənməsinin əsasları hazırlanır.

Xidmət rəisi qanunsuz əmək fəaliyyəti sahəsində nəzarətin gücləndiriləcəyini vurğulayıb.

Xidmət rəisi bildirib ki, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib, “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb.

V. Hüseynov olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində də işlərin görüldüyünü qeyd edib.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın