19 
İyl
2018
12:23
22
174
2460
Virtual karabakh

Anar Bağırov: Ölkədə 100 min nəfərə 15 vəkil düşəcək

19 İyl, 2018
12:23
2460

Anar Bağırov: Ölkədə 100 min nəfərə 15 vəkil düşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycanda vəkilliyə böyük həvəs və maraq var.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, əgər üç ay bundan əvvələdək 100 min nəfərə doqquz vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək:

“Ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur. Yəni, bu gün daha 264 vəkilliyə namizədin and içməsi ilə bu rəqəm 1500-ü keçəcək”.

Sədr qeyd edib ki, vəkiliyə böyük həvəs var: 

“Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır. Vəkillik təsisatının tarixində yeni inkişaf mərhələsi yaşanır.

Əvvəllər nisbətən yaşlı insanlar vəkil olmaq istəyirdilərsə, indi gənclərin vəkilliyə böyük marağı və həvəsi müşahidə olunmaqdadır. Elə 264 nəfərin 82 faizini 40 yaşa qədər olanlar təşkil edir.

Bununla yanaşı, vəkilliyə maraq göstərənlər arasında hüquq-mühafizə orqanlarında çalışan insanlar - müstəntiqlər, prokurorlar da var. Bu, vəkilliyin necə önəmli peşə olduğuna daha bir nümunədir.

Həmçinin, Rəyasət Heyətində təmsil olunmaq istəyən elm adamlarımızın, hüquq elmləri doktorlarının sayında bir artım var. Onlar bizə Rəyasət Heyətində təmsil etmək üçün müraciət ediblər və hazırda Rəyasət Heyətində altı nəfər hüquq elmləri doktoru var”.

A.Bağırovun sözlərinə görə, ilin sonuna kimi vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək və bu zaman vəkillərin sayı bir qədər də artmış olacaq.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri