21 
İyl
2018
19:52
779
48
18273
Virtual karabakh

Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu

21 İyl, 2018
19:52
18273

Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

700 bal topladığımı biləndə inanmadım.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhəri 6 nömrəli məktəb-liseyinin məzunu Nərmin Əhədova bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki qəbul imtahanında 657 bal toplayıb:

“700 bal toplayacağımı gözləmirdim. Çox sevindim.Bakalavr təhsilimi Azərbaycan Tibb Universitetində alacam. Daha sonra təhsilimi Almaniyada davam etdirmək istəyirəm”.

Nərmin Əhədova qeyd edib ki, oxuduğu məktəbin tarixində ilk 700 bal toplayan məzun olub:

“Uğuruma müəllimlərim və sinif yoldaşlarım sevindilər. Anam və atam nəticələrdən sonra məni qucaqladılar. Sevindik. Çünki 700 bal gözləmirdik.Çox gözəl bir hissdir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib. 15 nəfər 700 bal toplayıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri