23 
İyl
2018
15:43
187
912
37302
Virtual karabakh

Nabranda itkin düşən uşaq tapılıb - FOTO/VİDEO + YENİLƏNİB

23 İyl, 2018
15:43
37302

Nabranda itkin düşən uşaq tapılıb - FOTO/VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nabrandakı istirahət mərkəzlərindən birində itkin düşən üç yaşlı oğlan tapılıb.

Oxu.Az-ın məlumatına görə, itkin düşən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu “Mayak” istirahət mərkəzinin ərazisindən axan çayın kənarında tapılıb.

Üç yaşlı uşaq tapılan zaman üzündə və bədəninin müxtəlif nahiyələrinə yara izləri olub. 

13:24

Nabranda itkin düşən uşağın axtarışları davam edir.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. 

Əlavə məlumat veriləcək.

10:25

Nabranda istirahət mərkəzlərinin itkin düşən üç yaşlı uşağın  axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına FHN-nin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.
Qeyd edək, üç yaşlı uşağın şəkili sosial şəbəkələrdə yayılıb.

22 iyul, 21:40

Nabrandakı istirahət mərkəzlərindən birində üç yaşlı oğlan itkin düşüb. 

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. 

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.

Axtarış işləri meşəlik ərazidə və suda aparılır. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri