23 
İyl
2018
13:14
25
502
18858
Virtual karabakh

Abituriyent az bal topladığı üçün intihar edib - FOTO

23 İyl, 2018
13:14
18858

Abituriyent az bal topladığı üçün intihar edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb.

Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. O, hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, qız qəbul imtahanından az bal topladığına görə intihar edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri