28 
İyl
2018
12:04
16
306
9550
Virtual karabakh

Lerikdə əri tərəfindən döyülən hamilə qadın komaya düşdü - FOTO

28 İyl, 2018
12:04
9550

Lerikdə əri tərəfindən döyülən hamilə qadın komaya düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik rayonunda hamilə qadın döyülüb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Orand kəndində baş verib.

Həmin kəndin sakini, 24 yaşlı Fərəcova Zakirə Məhərrəm qızı əri və qaynı tərəfindən amansızcasına döyülüb. Qadın aldığı xəsarətlərdən komaya düşüb. Bu barədə zərərçəkənin atası Daxili İşlər Nazirliyinin “102” Xidməti- Zəng Mərkəzinə məlumat verib.

Zərərçəkənin atasının bildirdiyinə görə, qızını bacısı oğluna ərə verib:

“Bu hal birinci dəfə deyil ki, baş verir. Bundan əvvəl də oxşar hal baş verdiyindən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin izahatı alındıqdan sonra sərbəst buraxılıb”.

Gecə saat 03:00-da qadın ağır vəziyyətdə özünü atasının evinə qədər çatdırıb, həyətə çatanda huşunu itirib. Zakirə Fərəcova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada Z.Fərəcovaya 13-14 həftəlik hamiləlik, sağ gözün hematoması diaqnozu qoyulub. Əlavə müayinə olunmaq üçün qadın Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri