30 
İyl
2018
09:42
21
172
15816
Virtual karabakh

Paytaxtda intihara cəhd tıxac yaratdı - VİDEO + YENİLƏNİB

30 İyl, 2018
09:42
15816

Paytaxtda intihara cəhd tıxac yaratdı - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər.

Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.

09:01

Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var.

Oxu.Az xəbər verir ki, tıxac Heydər Əliyev prospektinin “Atəşgah” dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla, hissəsində müşahidə edilir.

“Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədilə yol ötürücüsünün üstünə çıxmasıdır”, - deyə məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri