30 
İyl
2018
11:41
217
78
15028
Virtual karabakh

Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırdı - VİDEO

30 İyl, 2018
11:41
15028

Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda intihar edən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb.

Oxu.Az xəbər verir ki, məlumata görə, bir nəfər səhər 07:30 radələrində intihar məqsədilə körpüyə çıxıb.

O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. 

Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

Musavat.com yazır ki, həmin vaxt baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.

Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı dəvət edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri