Avq
2018
16:59
68
146
19277
Virtual karabakh

Narkobaron Azərbaycana ekstradisiya edildi

4 Avq, 2018
16:59
19277

Narkobaron Azərbaycana ekstradisiya edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnterpol tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Emil Xəlilov Ukraynadan vətəninə ekstradisiya olunub. 

Oxu.Az xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin yazıb.

Məlumatda bildirilir ki, azərbaycanlı Ukraynada saxta sənədlərlə yaşayıb və Cənubi Amerikadan Avropaya narkotrafiklə məşğul olan mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.

“Bu yaxınlarda E.Xəlilov “qanuni oğru” olmağa can atan şəxs statusunu qazanıb”, - Yenin yazıb.

Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin isə bildirib ki, saxlanılan şəxs “qanuni oğrular”ın fəaliyyəti ilə bağlı vacib ifadələr verib.

O həmçinin qeyd edib ki, Azərbaycanda Xəlilov bir neçə cinayətə görə axtarışda olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri