14 
Avq
2018
00:50
21
291
4725
Virtual karabakh

Balakən sakini itkin düşüb - YENİLƏNİB

14 Avq, 2018
00:50
4725

Balakən sakini itkin düşüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə itkin düşmüş kişinin axtarışları davam edir.

Bu barədə Oxu.Az-a FHN-dən bildiriblər.

Məlumata görə, avqustun 13-də səhər saatlarından başlanan axtarış axşamadək davam edib və çayətrafı ərazilərdə aparılıb.

Axtarış işlərinin bu gün də davam etdiriləcək.

Qeyd olunur ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunublar.

13.08.2018. 08.56

Balakən sakini naməlum şəraitdə itkin düşüb.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlu avqustun 10-da Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə yoxa çıxıb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri