13 
Avq
2018
15:55
160
43
1527
Virtual karabakh

Azərbaycanda 71 qanunsuz miqrant saxlanılıb - VİDEO

13 Avq, 2018
15:55
1527

Azərbaycanda 71 qanunsuz miqrant saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində üç gün ərzində 71 əcnəbi saxlanılıb. 

Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Onlardan 10 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, səkkizinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması barədə işlər görülür.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri