13 
Avq
2018
16:39
139
99
6884
Virtual karabakh

İçkili sürücü: Üzürlü hesab edin, bağışlayarsınız, pivə içmişəm - VİDEO

13 Avq, 2018
16:39
6884

İçkili sürücü: Üzürlü hesab edin, bağışlayarsınız, pivə içmişəm - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təmiz hava” aylığı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin birgə tərdbirlər planına əsasən, Astarada reyd keçirilib. 

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, keçirilən reyd zamanı bir sıra avtomobillərdə atmosferə buraxılan zərərli qazların miqdarının normadan artıq olduğu və bəzi sürücülərin maşınlarını sərxoş halda idarə etdikləri müəyyən edilib.

Reyd zamanı sürücülük hüququ olmadan avtomobili idarə etmə, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi  və digər kobud qayda pozuntularına rast gəlinib.

“Reyd zamanı kobud qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkar edilib. Sərxoş vəziyyətdə avtomobili idarə edən, dövlət nömrə nişanı olmadan, əlavə avadanlıq quraşdıran nəqliyat vasitələrinin sürücüləri tərəfimizdən aşkar edilərək onlar barəsində inzibati protokol tərtib edilib”, -  Astara RPŞ DYPB-nin rəisi İlqar Rəhimzadə bildirib.

Bir sürücü maşınını sərxoş şəkildə idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. 

“Dostumun ad günü idi, orada yüngülvari qonaqlıq etdik. Gəldim, maşını ustaya aparım, yol polisləri qabağımı kəsdilər, dedilər, icazə yoxdur. Üzürlü hesab edin, bağışlayarsınız, pivə içmişəm”, - Elvin Manafov adlı sərxoş sürücü deyib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri