14 
Avq
2018
09:30
124
37
6749
Virtual karabakh

Agentlik Qurban bayramı ilə bağlı əhaliyə müraciət etdi

14 Avq, 2018
09:30
6749

Agentlik Qurban bayramı ilə bağlı əhaliyə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, heyvan kəsimi ilə məşğul olan şəxslər şəhər küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə kəsim məntəqələrində həyata keçirməlidir.

Bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri