15 
Avq
2018
19:13
99
24
3962
Virtual karabakh

QTA adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb

15 Avq, 2018
19:13
3962

QTA adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (QTA) adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

“Lakin, təəssüflər olsun ki, bəzi şəxslər tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edilərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edib əsassız tələblər irəli sürməklə dövlət orqanının nüfüzuna xələl gətirilməsinə cəhdlər göstərilir.

Belə ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğluVəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət ğöstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”, - məlumatda bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri