17 
Avq
2018
15:03
56
430
29312
Virtual karabakh

Bakıda avtobusda qadının arxasına toxundular: dava düşdü - VİDEO

17 Avq, 2018
15:03
29312

Bakıda avtobusda qadının arxasına toxundular: dava düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə 2016-cı ildə ictimai nəqliyyatda baş vermiş münaqişəni əks etdirən görüntülər geniş müzakirə olunur.

Oxu.Az xəbər verir ki, kadrlarda avtobusda hərəkət zamanı gənc qız tanımadığı kişinin ona təcavüz etdiyini, daha dəqiqliklə arxadan toxunduğunu iddia edir. 

Gənc qız polisə şikayət edəcəyini söyləyir. İyrənc əməli törətməkdə ittiham olunan yaşlı kişi isə bu hərəkəti qəsdən etmədiyini bildirir.

Qeyd edək ki, videokadrlarda əks olunan hadisə 2016-cı ildə qeydə alınsa da, görünür, son aylarda ictimai nəqliyyatda davranış qaydalarının pozulması ilə bağlı yaranmış münaqişələr məsələni yenidən gündəmə gətirib.

Xatırladaq ki, bir neçə ay əvvəl Bakı metrosunda gənc qız geyiminə görə tənqid olunmuşdu.

 
Ötən həftə isə avtobusda başqa gənc qadın və kadrlarda görünməyən gənclər arasında münaqişə baş vermişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri