17 
Avq
2018
17:13
235
85
7450
Virtual karabakh

Naxçıvanlı deputat toylarda yemək qadağasından danışdı

17 Avq, 2018
17:13
7450

Naxçıvanlı deputat toylarda yemək qadağasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda toylarda yeməklərə qadağa qoyulması barədə deyilənlər ağ yalandır. Bu, Naxçıvandakı uğurları, inkişafı, nailiyyətləri gözü götüməyən insanların növbəti qarayaxma kampaniyasıdır. Belə bir məsələ Naxçıvanda görülən işlərin ruhuna, mahiyyətinə də uyğun gəlmir.

Bunu Oxu.Az-a açıqlamasında əslən Naxçıvandan olan və Muxtar Respublikanı Milli Məclisdə təmsil edən millət vəkili, akademik İsa Həbibbəyli bir sıra media orqanlarında və sosial şəbəkələrdə yer alan “bundan sonra Naxçıvanda toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb” tipli məlumatlara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, toylar sərbəstdir, heç kim bu məsələyə müdaxilə edə bilməz.

“Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında çoxlu sayda şadlıq evləri, restoranlar tikilir, hotellərin ətrafında toy, şadlıq məclisləri üçün yerlər nəzərdə tutulur.

Odur ki, bu yöndə gedən müzakirələri, məlumatları ağ yalan hesab edirəm. Bunlar gözügötürməzlikdən irəli gəlir.

Bəzilərinin Naxçıvandakı inkişafı, uğurları, nailiyyətləri gözləri götürmür və qəsdən belə məlumatlar yayılar. Heç bir əsası yoxdur”, - deyə İ.Həbibbəyli əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri