Sen
2018
14:53
357
17
7445
Virtual karabakh

Azərbaycandan Türkiyəyə sürət yolu ilə

4 Sen, 2018
14:53
7445

Azərbaycandan Türkiyəyə sürət yolu ilə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya Azərbaycandan başlayaraq, bütün Gürcüstanı əhatə edən və Türkiyə sərhədinədək uzanan magistral yolun inkişafı üçün 343 milyon dollar ayıracaq.

Oxu.Az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı müqavilə bu gün Tbilisidə imzalanıb. 

Söhbət dağlıq Rikotsk aşırımından keçən yoldan gedir ki, burada da körpülər və tunellər tikiləcək. Gürcüstanda E-60 sürət yolu Azərbaycan sərhədindən başlayır və Qara dəniz sahillərində, Poti limanı yaxınlığında başa çatır. 

Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 kilometrdir. Layihənin 2020-ci ilin sonlarında yekunlaşdırılması planlaşdırılır. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri