Sen
2018
14:23
22
163
5647
Virtual karabakh

Azərbaycanda kadr çatışmazlığı VS işsizlik

6 Sen, 2018
14:23
5647

Azərbaycanda kadr çatışmazlığı VS işsizlik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşsizlik problemi ilə bağlı söz-söhbətlər həmişə olub. Həmişə eşidirik: “Əhmədin iki diplomu var, amma iş tapa bilmir” və ya “Lara işini çox yaxşı bilir, ancaq onu işdən çıxardılar”. 

Əgər deyilənlərə fikir versək, elə təəssürat yaranır ki, Azərbaycanda praktiki olaraq iş tapmaq mümkün deyil. 

Rəsmi rəqəmlərə görə, Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir və bu, reallıq üçün o qədər də pis göstərici deyil. Ancaq əgər işədüzəltmə saytlarına baxsaq, disbalansın yarandığına diqqət yetirmək olar. İş burasındadır ki, müxtəlif ixtisaslar üçün vakant yerlər kifayət qədərdir. 

Bəs problem nədədir? Şirkətlərdə bu qədər vakansiyalar olduğu halda, kimlər iş tapa bilmir? 

Bu suallara cavab tapmaq üçün minimum işsizliyin nə olduğunu və kimlərin rəsmi işsiz sayıldığını başa düşmək lazımdır. 

İşsizlər – bu şəxslər əmək qabiliyyəti olan və hazırda işsiz qalmış, ancaq fəal iş axtaran şəxslərdir. 

Oxu.Az-a açıqlama verən sosioloq Azər Allahverənov deyib ki, Azərbaycanda işsizlik problemini həll etmək üçün gənclərin vaxtında və düzgün ixtisas seçməsi vacibdir. 

“Azərbaycanda uşaq doğulan kimi valideynlər ona peşə seçirlər. “O, polis olacaq”, “həkim” və ya “müəllim”. Belə də olur. Vaxt keçdikcə bu, uşağın şüurunda möhkənlənir. O böyüyür və ixtisas seçimi vaxtı çatır. Əlbəttə ki, o, valideyninin istədiyini seçir”, - ekspert deyir. 

Müsahibimizin sözlərinə görə, Azərbaycandakı şirkətlərdə kifayət qədər vakansiyalar var ki, işə götürənlər aylarla, illərlə bu işlərə kadr tapa bilmirlər. 

“Misal üçün, neft şirkəti qaynaq aparatını işlədən təcrübəli mütəxəssis axtarır. Əməkhaqqı üç min manatdır. Uzun müddət işçi tapa bilmirlər və əcnəbi mütəxəssis dəvət edirlər, ancaq artıq onlara 10 min manat əməkhaqqı verməli olurlar.

Bu, o deməkdir ki, işəgötürənlərə yerli kadrlar sərf edir. Burada məsələ ondan ibarətdir ki, onların təcrübəsi olmur”, - ekspert qeyd edib. 

Hazırda Azərbaycanda hər işədüzəltmə saytında 500-1000 vakant yer var. 

Həmin vakansiyalar arasında İT mütəxəssisi, menecer, dizel mühərrikləri üzrə usta, hüquqşünas, tərcüməsi, aşpaz, müəllim, sürücü, iqtisadçı, tibb bacısı və s. var. 

İşədüzəltmə saytlarındakı göstəricilər ekspertimizin fikirlərinə uyğundur. Azərbaycanda işsizlik probleminin kökündə yanlış ixtisas seçimi dayanır. 

“Zamanla ayaqlaşmaq vacibdir. Hər şey evdən başlayır. Valideynlər uşaqlarının bacarığını görməlidir. Ola bilsin ki, onların oğlu polis olmaq üçün fiziki cəhətdən güclü olmayacaq, ondan yaxşı aşpaz çıxacaq. O, aşpaz olacaq və aylıq 3-4 min qazanacaq. Bu gün işəgötürənlər məhz belə maaş təklif edir”, - Allahverənov deyib.

Qeyd edək ki, son 10 ay ərzində məşğulluq orqanlarına 190 minə yaxın insan müraciət edib. 

Müsahibimiz bildirib ki, Azərbaycanda işsizlik səviyyəsini aşağı salmaq üçün gəncləri işə götürmək lazımdır. 

“Gəncləri işə götürən şirkətlərə vergi güzəştləri tətbiq etmək, gənc kadrlara iş təklif etmək, onların lazımi ixtisasa yiyələnməsi üçün tədris mərkəzləri yaratmaq lazımdır”, - ekspert əlavə edib. 

Sonda demək istərdik ki, ixtisaslı kadrların çatışmazlığı zamanı işçilər mütəxəssislər üçün rəqabət aparan işəgötürənlər arasında seçim imkanı qazanırlar. Yalnız vacib məqamı əldən verməmək lazımdır.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri