15 
Sen
2018
09:47
37
142
1912
Virtual karabakh

Nazir: Təhsildə atılan hər bir uğurlu addım həyat keyfiyyətimizi yüksəldir

15 Sen, 2018
09:47
1912

Nazir: Təhsildə atılan hər bir uğurlu addım həyat keyfiyyətimizi yüksəldir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil naziri Ceyhun Bayramov “Bilik günü” münasibətilə müəllim, şagird və tələbələri təbrik edib.

Oxu.Az-ın məlumatına görə, nazir onların hər birininə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edib:

“YUNESKO XXI əsri təhsil əsri adlandırıb. Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı bilik vermək, bacarıqlar formalaşdırmaq, yaşamağı öyrətmək və başqaları ilə birlikdə yaşamağı öyrətməkdir. “Bilik günü” kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.

Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış gənclərimiz üçün xüsusilə əzizdir. “Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır.

Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir, ümumxalq firavanlığına aparır.

Elm, inkişaf, tərəqqi simvolu olan “Bilik günü”nüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri