19 
Sen
2018
11:01
42
153
17306
Virtual karabakh

Bakıda bu metro stansiyası bir illik bağlanır

19 Sen, 2018
11:01
17306

Bakıda bu metro stansiyası bir illik bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı metropoliteni”nin “Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin “Cəfər Cabbarlı-Xətai” istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Xətai” stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. 

Həmçinin 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.

Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri