20 
Sen
2018
14:07
16
163
2547
Virtual karabakh

Dağıstanda qəza: sürücülərdən biri azərbaycanlıdır

20 Sen, 2018
14:07
2547

Dağıstanda qəza: sürücülərdən biri azərbaycanlıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən axşam saatlarında Dağıstanda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtomobillərdən birinin sürücüsü azərbaycanlı olub. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı dörd nəfər xəsarət alıb. 

Qəza Qızılyurd rayonunun Kulzeb kəndində baş verib. Qayakənd rayonu Pervomaysk kəndinin 27 yaşlı sakininin idarə etdiyi “VAZ-2114” markalı avtomobillə Azərbaycan Respublikasının Yevlax rayonunun 36 yaşlı sakininin idarə etdiyi “VAZ-21099” markalı avtomobil toqquşub. 

Hadisə zamanı “VAZ-2114”ün sürücü və sərnişinləri xəsarət alaraq, xəstəxanalara yerləşdiriliblər. Qəzanın “VAZ-2114”ün sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində baş verdiyi bildirilib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri