26 
Sen
2018
10:07
14
255
3756
Virtual karabakh

Azərbaycanlıya Rusiya təcridxanasında işgəncə verilib - VİDEO

26 Sen, 2018
10:07
3756

Azərbaycanlıya Rusiya təcridxanasında işgəncə verilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Stavropol bölgəsinin istintaq komitəsi Yarbala Dəmirovun 11 saylı islahedici koloniyada işgəncəyə məruz qalması ilə bağlı dediklərinin əsasında cinayət işi başlatmayıb. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, müstəntiqlər bu məlumatı sübut edəcək faktlar aşkar etməyiblər. 

“Kifayət qədər fakt olmadığı üçün cinayət işinin başlanmasından imtina ilə bağlı qərar qəbul edilib”, - komitədən bildirilib.

Gulagu.net layihəsinin yaradıcısı Vladimir Oseçkinin müraciəti üzrə araşdırmalar aparılıb. Oseçkin deyib ki, iyunun 29-30-da koloniyada Azərbaycan əsilli Dəmirovun sağ ayağını və dişlərini sındırıblar, eləcə də, sol əlinə xəsarət yetiriblər. 

Həmçinin, Dəmirovun işgəncələr barədə danışdığı video yayımlayıb. O deyib ki, birinci gün beş nəfər müxtəlif kabinetlərdə onu dəyənək, çubuq və ayaqla döyüb. Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları onun kağızı imzalamasını istəyiblər, ancaq Dəmirov bundan imtina edib:

“Mən orada nə yazıldığını bilmirdim, oxumağı və yazmağı bacarmıram”.

Məhbus deyib ki, növbəti gün onu rəisin yanına aparıblar. Orada da beş nəfər tərəfindən döyülüb. 

“Dəyənək, çubuq və ayaqla döyməyə başladılar, deyirdilər ki, indi səni tualetə aparıb, baş üstə ora buraxacağıq. Onlar məni döyən zaman nə edəcəyimi bilmirdim. Üç gün döydülər, sonra imza atdım”, - Dəmirov əlavə edib. 

Sonra məhbus ayağında ağrılar hiss edib və xahiş edib ki, onu həkimə aparsınlar. Əvvəlcə bundan imtina etsələr də, sonra həkim çağırılıb. O deyib ki, penitensiar xidmətin əməkdaşları onu döyüb və bunun üçün rentgen olunmalıdır. 

Bir neçə gün sonra xidmət əməkdaşları onu başqa həkimin yanına aparıblar, həmin tibb işçisi Dəmirovun sağlam olduğu ilə bağlı arayış hazırlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri