26 
Sen
2018
14:41
427
29
14554
Virtual karabakh

Bakıda məktəblilərə qarşı əxlaqsızlıq edən tutuldu - FOTO

26 Sen, 2018
14:41
14554

Bakıda məktəblilərə qarşı əxlaqsızlıq edən tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda orta yaşlı kişi məktəblərdə şagirdlərə qarşı əxlaqsız hərəkət etməyə cəhd edib.

Oxu.Az-ın məlumatına görə, sentyabrın 25-i, saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər. 

Həmin şəxsin videogörüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 09:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb. 

“Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq, polis bölməsinə aparıblar.

Eyni zamanda, məktəblinin dostları foto və video görüntüləri polis əməkdaşlarına təqdim ediblər.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri