27 
Sen
2018
16:27
13
158
5992
Virtual karabakh

Bakı meriyasından küləklə bağlı - XƏBƏRDARLIQ

27 Sen, 2018
16:27
5992

Bakı meriyasından küləklə bağlı - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhəri İcra Hakimiyyəti Bakıda güclü küləklə bağlı xəbərdarlıq edib. 

BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, güclü külək zamanı sakinlər nəqliyyat vasitələrini hündür ağacların altında park etməməlidirlər.

Məlumatda qeyd edilib ki, küləyin sürəti yüksək olan zaman ağac aşa bilər:

“Bakının torpaq qatı möhkəm olmadığından ağacların aşmaq ehtimalı var. Bunun üçün hündür ağacların altında nəqliyyat vasitəsini park edərkən diqqətli olmaq vacibdir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü küləklə bağlı xəbərdarlıq yayıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri