Okt
2018
10:22
29
255
18298
Virtual karabakh

Üçüncü sinif dərsliyində “təhlükəli” şeir - VİDEO

1 Okt, 2018
10:22
18298

Üçüncü sinif dərsliyində “təhlükəli” şeir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məktəblərdə tədris olunan 3-cü sinif dərsliyinə salınan şeir sosial şəbəkələrdə müzakirəyə çıxarılıb, xüsusən, valideynlərin narazılığına səbəb olub.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, bu şeir şagirdlərin dərsdən yayınmasına səbəb ola bilər. 

Dərsliyin müəllifləri Gülşən Orucova, Rafiq İsmayılov, Dilrüba Cəfərova və Zahid Xəlilovdur. 

Sözügedən şerin adı isə “Otuz altı, altı” adlanır. Şeiri tərcümə edən elə dərsliyin müəlliflərindən biri olan Gülşən Orucovadır. Valideynlərin bir qismi kitabda uşaqlara tapşırıq olaraq verilən bu şeirin birbaşa şagirdlərin dərsdən yayınmaları üçün psixoloji təsir göstərdiyini deyirlər.

Gülşən Orucova deyilənələrlə razılaşmayaraq bildirib ki, şeirdə şagirdlərə heç də dərsdən yayınma aşılanmır. Bu dərsi tədris edən müəllimlər, əslində, şagirdlərə nəticə çıxarmağı öyrətməlidirlər.

G.Orucova qeyd edib ki, şeirin əks olunduğu bu dərslik artıq 10 ildir ki, şagirdlərə tədris olunur və şeirlə bağlı heç bir problem yaşanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri