Okt
2018
12:03
218
19
5165
Virtual karabakh

İşdən çıxarılan məmurun idarəsində yoxlamalar başladı

4 Okt, 2018
12:03
5165

İşdən çıxarılan məmurun idarəsində yoxlamalar başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlanılıb.

BŞİH-dən Oxu.Az-a verilən məlumata görə, hazırda Bakı Şəhər Prokurorluğunun və BŞİH-in əməkdaşları birlikdə maliyyə işləri üzrə yoxlama aparır.

Qeyd edək ki, dünən “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib. 

Xatırladaq ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri