Okt
2018
13:16
232
27
2554
Virtual karabakh

Rusiya şirkəti Gəncəyə aviareys açır

5 Okt, 2018
13:16
2554

Rusiya şirkəti Gəncəyə aviareys açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 30-dan Rusiyanın “Ural aviasiya” şirkəti Nijnevartovsk - Gəncə - Nojnevartovsk marşrutu üzrə yeni uçuşlara başlayır. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, bununla bağlı şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, birbaşa reyslər “Airbus A320” təyyarələri vasitəsilə həftənin ikinci günləri həyata keçiriləcək. 

U6-2501 reysi Nijnevartovskdan yerli vaxtla 09:35-də, U6-2502 reysi geriyə qayıdış isə Gəncədən yerli vaxtla 15:00-da havaya qalxacaq. 

Biletlərin minimal tarifi birtərəfli istiqamətdə 12 min 236 rubldan (185 dollar - red.) başlayacaq.

“Ural aviasiya” şirkəti  Rusiyanın aparıcı sərnişindaşıma şirkətlərindən biridir. 2017-ci ildə 8 milyon 474 nəfər onun xidmətlərindən istifadə edib. Şirkət 200 istiqamətdə uçuşlar həyata keçirir. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri