Okt
2018
13:26
125
62
3556
Virtual karabakh

Novruzov sağ ikən özünə qəbir qazdıranları tənqid atəşinə tutdu

5 Okt, 2018
13:26
3556

Novruzov sağ ikən özünə qəbir qazdıranları tənqid atəşinə tutdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məzarlıqların, qəbiristanlıqların idarə olunması ilə bağlı nümunəvi model, Əsasnamə hazırlanır.

Oxu.Az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, bu əsasnamə Nazirlər Kabineti tərəfindən hazırlanır və yaxın zamanlarda imzalanaraq, qüvvəyə minəcək:

“Artıq bundan sonra kimsə bu məsələdə özbaşınalıq edə bilməyəcək, qəbiristanlıqları necə deyərlər, hektarlamayacaqlar. Kimsə-hələ ölməyib, amma özünə qəbiristanlıqda yer alır…Bu, nə deməkdir? Ancaq Nazirlər Kabinetinin hazırladığı Əsasnamə bu məsələdə ciddi-nizam intizam yaradacaq, kimsə artıq bu məsələdə sui-istifadə edə bilməyəcək. Bütün məzarlar, qəbirlər eyni qaydada olacaq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri