12 
Okt
2018
09:28
28
242
10849
Virtual karabakh

Sumqayıtda dostların dəniz kənarında qonaqlığı faciə ilə bitdi

12 Okt, 2018
09:28
10849

Sumqayıtda dostların dəniz kənarında qonaqlığı faciə ilə bitdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və “Damba” adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticədə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər üç dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri