14 
Okt
2018
21:37
14
125
4453
Virtual karabakh

Nazirlik: Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb - YENİLƏNİB

14 Okt, 2018
21:37
4453

Nazirlik: Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Badamdar 20-ci sahədə baş verən sürüşmə zonasında uçqunlar müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə sürüşmə zonasında saat 21:00-a olan monitoriqin nəticələrinə əsasən gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində ciddi  dəyişiklik baş verməyib. Ara-sıra uçqunlar müşahidə edilir.

18:47

Badamdar 20-ci sahədə baş verən sürüşmə zonasında uçqunlar yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata görə gərginlik davam edir:

“Sürüşmə kütləsi üzərində qismən  dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar  baş verir”.

12:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan bildirildiyinə əsasən, Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələr sutka ərzində davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, son 12 saat ərzində sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.

İlhamə Əbülfət

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri