15 
Okt
2018
10:43
31
5
2634
Virtual karabakh

Sərhəddə narkotik əməliyyatı - FOTO

15 Okt, 2018
10:43
2634

Sərhəddə narkotik əməliyyatı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 11-də saat 23:50 radələrində Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zas­tavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən bir nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfin­dən aşkar edilib.

Bu barədə Oxu.Az-a DSX-nın mətbuat xidmətindən məlumat verilib.

Sərhədçilərin “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə, İran İslam Respublikası tərəfə qaçıb.

Həmin əraziyə baxış zamanı bir ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib.

Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri