15 
Okt
2018
11:43
4
73
3221
Virtual karabakh

Deputat dini icmalara avtomobil verilməsinə münasibət bildirib

15 Okt, 2018
11:43
3221

Deputat dini icmalara avtomobil verilməsinə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda icmalara maşınların verilməsi nümunəvi haldır.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisim İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısını mütəmadi müşahidə edirik:

“Biz bu gün məscidlərin tikilib, yenidən təmir olunması və insanların istifadəsinə verilməsi, o cümlədən dini mərasimlərdə prezident İlham Əliyevin  iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsinin şahid oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Söhbət fərdlərdən getmir, icmalardan gedir”.

Siyavuş Novruzov qeyd edib ki, icmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses başlayıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri