15 
Okt
2018
13:05
31
25
4257
Virtual karabakh

Mübariz Qurbanlı: “Camaat nə deyər?!” prinsipinə görə insanlar səhv edir

15 Okt, 2018
13:05
4257

Mübariz Qurbanlı: “Camaat nə deyər?!” prinsipinə görə insanlar səhv edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, bu məsələyə dövlət müdaxilə edəcək. 

Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu sahədə maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın:

“Bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur. Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verir.

“Camaat nə deyər?!” prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, “Allah nə deyir? Dinimiz nə buyurur?”. Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, əlbəttə ki, bu məsələyə dövlət müdaxilə edəcək. Azərbaycanda bu kimi hallara rast gəlinmir”.

Komitə sədri qeyd edib ki, bu sahədə maarifləndirmə aparılmazsa dünya ölkələrində baş verən bu kimi hallar Azərbaycanda öz əksini tapa bilər.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri