15 
Okt
2018
16:14
13
27
3043
Virtual karabakh

Azərbaycanlı saxta pullarla saxlanıldı

15 Okt, 2018
16:14
3043

Azərbaycanlı saxta pullarla saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda saxta pul hazırlayan və saxlayan Azərbaycan vətəndaşı saxlanılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin saytında məlumat yerləşdirilib. 

Üzərinə baxış zamanı azərbaycanlıdan 617 ədəd 100 dollarlıq əskinas aşkarlanıb. 

Azərbaycan vətəndaşının bu pulları Gürcüstanda necə hazırladığı məlum deyil. Ona qarşı külli miqdarda saxta pul və ya qiymətli kağızların hazırlanması və saxlanılması maddəsi ilə cinayət işi başlanılıb. 

Əməli sübuta yetirilərsə, onu 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri