15 
Okt
2018
15:53
9
39
5461
Virtual karabakh

Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verdi

15 Okt, 2018
15:53
5461

Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva məhkəməsi 10 milyon dollar girov qarşılığında 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında ittiham olunan Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovla bağlı həbs-qətimkan tədbirini dəyişdirib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı TASS agentliyi Mərdanovun vəkili Aleksey Smirnova istinadla məlumat yayıb. 

“Qərar dərhal qüvvəyə minib, ancaq müəyyən prosedurlar var ki, onları yerinə yetirmək üçün bizə bir neçə gün lazımdır”, - vəkil bildirib. 

İstintaq materiallarına görə, 2004-cü ildə törədilən məlum cinayət hadisəsində azı yeddi nəfər iştirak edib. Onlar arasında Telman İsmayılov və qardaşı oğlu, “Praqa” restoranının keçmiş direktoru Zaur Mərdanovun adları hallanır.

Sentyabrın 17-də İstintaq Komitəsi onlara qarşı adam oğurluğu maddəsi ilə cinayət işi başladıb. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri