16 
Okt
2018
21:50
15
142
8235
Virtual karabakh

Badamdar sürüşmə zonasında son vəziyyət - YENİLƏNİB

16 Okt, 2018
21:50
8235

Badamdar sürüşmə zonasında son vəziyyət - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Badamdar 20-ci sahə sürüşmə zonasında saat 21.00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsində aktivlik davam edir.  

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumatda deyilir.

Bildirilir ki, sürüşmə kütləsinin həm cənub, həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib. Bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər.

15.17

Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.az-a verilən məlumata görə, Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir:

“Sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində süxur qırıntıları yola doğru hərəkət edib. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb”.

12:24

Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.

Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.

09:27

Badamdar şosesində sürüşmə zonasında aktivlik müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecəboyu davam edib:

“Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir”.

Qeyd edək ki, dünən ərazidə fərdi yaşayış evlərinin birinin hasarının 30 metrlik hissəsi uçub. 

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri