17 
Okt
2018
14:24
14
62
3225
Virtual karabakh

Əziz Qaralov: Sürüşmənin nə vaxt dayanacağı bəlli deyil - VİDEO

17 Okt, 2018
14:24
3225

Əziz Qaralov: Sürüşmənin nə vaxt dayanacağı bəlli deyil - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Badamdar şosesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı bilinmir.

Oxu.Az-ın məlumatına görə,  bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdirilir:

“Dünən sürüşmənin sağ və sol hissəsində xırda çatlar əmələ gəlmişdi. Sol qanaddakı çat genişlənib və gərginlik artıb. Axşam saatlarında yağış yağdı, torpaq kütləsi ağırlaşdı və üzərində uçqunlar baş verdi. Hazırda proses davam edir”.

Əziz Qaralov qeyd edib ki, sürüşmə prosesinin nə zaman dayanacağı bilinmir:

Kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi bu proses davam edəcək. Yaxın bir-iki ayda proses başa çata bilər. Evlərdə yox, hasarların divarlarında çatlar var. Mayaklar qoyulub”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri