19 
Okt
2018
00:37
31
168
4401
Virtual karabakh

Bakıda yol kənarında qumbaraatan tapıldı - FOTO

19 Okt, 2018
00:37
4401

Bakıda yol kənarında qumbaraatan tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qumbaraatan tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində silahın tapılması barədə daxil olan məlumata əsasən ANAMA xüsusi mobil çevik əməliyyat qrupu və  Səbail rayon Polis idarəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən bir ədəd istifadəyə yararlı RPQ-7V1 silahı aşkar olunub. Silah götürülərək Agentliyin müvəqqəti saxlama ərazisinə daşınıb.
 
Silahın tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri