19 
Okt
2018
15:28
39
87
2358
Virtual karabakh

Badamdarda sürüşmə evlərin hasarlarına yaxınlaşır

19 Okt, 2018
15:28
2358

Badamdarda sürüşmə evlərin hasarlarına yaxınlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Badamdarda sürüşmə zonasındakı çatlar gözlə görünəcək qədər artıb.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazinin 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür:

“Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır. Evlərin hasarları istiqamətində yaxınlaşmalar var”.

Əziz Qaralov qeyd edib ki, sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa, gözlə görüləcək artım müşahidə olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri